"Beşiktaş"ın sabiq üzvü "Feyenoord"da - RƏSMİ
03.09.2025 - 10:51
"Feyenoord" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Malyorka" forması geyinən Kayl Larini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 30 yaşlı hücumçu bir illik icarə əsasında Niderland təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Kanada millisinin üzvü olan Larin daha əvvəl "Beşiktaş", "Orlando Siti", "Zulte Varegem", "Real Valyadolid" və "Brügge" kimi komandalarında da çıxış edib.
- İslandiya millisinin kapitanı: “Azərbaycan yığması ilk görüşdən sonra…”
- Daha neçə uşağın ahını alacaqsınız? - Futbol üzrə qardaşoğlu millisi
- "Liverpul"dan Jotanın ailəsinə dəstək - MAAŞI ÖDƏNDİ
- “Sabah” “Qarabağ”ı “taxtdan saldı” - YENİLƏNİB
- Dambrauskas: “Avropada Azərbaycan adı çəkiləndə ilk "Qarabağ" yada düşür”
0
0