Türkiyə Super Liqası təmsilçisi "Beşiktaş" müdafiə xəttini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub "Milan"ın futbolçusu Emerson Royal üçün hərəkətə keçib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul təmsilçisi 26 yaşlı müdafiəçini satınalma şərti ilə bir mövsümlük icarəyə götürmək üçün "Milan"a rəsmi təklif göndərməyi planlaşdırır.
"Beşiktaş" Kayl Uolker-Peterslə bağlı transfer cəhdinin uğursuz alınmasından sonra bu keçidi mümkün qədər tez reallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Emerson Royal karyerası ərzində “Atletiko Mineyro”, “Barselona”, “Real Betis” və “Tottenhem” kimi klublarda çıxış edib.
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
- “Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib
- Tofiq Əliyev: "Bir göz qırpımında tamblinq cığırı ilə tək qalıram" - MÜSAHİBƏ
- "Lənkəran" daha bir oyunçunun keçidini həll edib
- FİFA-dan Türkiyə klubuna TRANSFER QADAĞASI