Borclarını ödəyə bilmədi - II LİQAYA DÜŞDÜ
24.06.2025 - 22:58

Fransanın köklü klublarından olan “Lion” gözlənilməz vəziyyətlə üzləşib.
Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisi borclarını ödəyə bilmədiyinə görə II Liqaya göndərilib.
Bu barədə Fransa Futbol Federasiyası rəsmi məlumat yayıb.
Klub yalnız aşağı liqaya göndərilməklə kifayətlənməyib – eyni zamanda transfer qadağası ilə üzləşib və futbolçuların maaşlarının ödənilməsi ilə bağlı ciddi tələblər qarşısında qalıb.
Qeyd edək ki, “Lion” başa çatan mövsümü 57 xalla altıncı pillədə tamamlamışdı və UEFA Avropa Liqasına vəsiqə qazanmışdı.
- Konfrans Liqası: “Başakşəhər” pley-offa vəsiqə qazanıb - YENİLƏNİB
- TFF "Trabzonspor" və "Beşiktaş"ın əcnəbi hakim tələbinə müsbət yanaşır
- “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib
- “Beşiktaş”ın yeni transferi millinin heyətində zədələnib
- Azərbaycan çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak edəcəklər
0
0