İspaniya La Liqası təmsilçilərindən “Real Madrid” mövsümdəki ilk transferini gerçəkləşdirib.
Apasport.az xəbər verir ki, “kral klubu” İngiltərənin “Bornmut”un müdafiəçisi Din Huyseni heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi 20 yaşlı futbolçu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.
Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən, “Real Madrid” Huysen üçün qarşı tərəfə 59,5 milyon avro təzminat ödəyəcək. Onun Klublararası Dünya Çempionatından əvvəl komandaya qoşulması gözlənilir.
Xatırladaq ki, “Bornmut” Din Huyseni mövsümün əvvəlində İtaliyanın “Yuventus” klubundan transfer etmişdi.
Qeyd edək ki, İspaniya millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 34 rəsmi matçda 3 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Avropa Liqasında yox, Konfransda oynayacaq – “Kristal Pelas”a UEFA şoku
- Sabiq "İnter"li Avstriya millisinin tarixinə düşüb
- Ramin Quliyev: “Bəxtsizlik və diqqətsizlik “Sabah”a baha başa gəldi”
- "Çelsi"nin ulduzu sıradan çıxdı - 3 həftə oynamayacaq
- Rikardo Fernandes: "Bu, naməlum məlumatdır" - MÜSAHİBƏ