“Çelsi” klubunda maliyyə qalmaqalı üzə çıxıb.
Apasport.az "Goal"a istinadən xəbər verir ki, klubun xəzinədarlıq şöbəsinin sabiq köməkçisi Kler Uolş 2019–2023-cü illər ərzində maliyyə hesablarına çıxış imkanından sui-istifadə edərək 208 521 funt sterlinq məbləğində vəsaiti mənimsədiyi üçün məhkəmə qarşısına çıxarılıb.
İstintaq materiallarında bildirilir ki, Uolş dörd il ərzində klubun daxili ödəniş sistemindən şəxsi məqsədləri üçün istifadə edərək vəsaitləri öz hesabına köçürüb.
Ziyanın yüksək məbləğdə olması səbəbindən iş Vestminster məhkəməsindən İzlurdakı Kral Məhkəməsinə göndərilib. Britaniya qanunvericiliyinə görə, etimaddan sui-istifadə yolu ilə törədilən bu tip dələduzluq 10 ilədək həbs cəzası ilə nəticələnə bilər.
Hazırda hökmün elan olunacağı tarix müəyyənləşdirilməyib. Prokurorluq hadisəni yüksək kateqoriyalı pozuntu kimi qiymətləndirir və real həbs cəzasının mümkün olduğunu bildirir.
- Afrikalı futbolçu Bakıya gəlib - “Neftçi”də oynamağa razılıq verib
- UEFA Superkuboku: PSJ növbəti titulunu qazandı - YENİLƏNİB
- “Leypsiq”in futbolçusu Liqa 1-də - RƏSMİ
- İslandiya millisinin baş məşqçisi: “Azərbaycanla görüşdə favorit biz sayılırıq”
- “Omoniya”nın baş məşqçisi: “Bu gün bizim qələbəmiz asan olmadı"