“Çelsi”dən “Arsenal”a - RƏSMİ
19.07.2025 - 10:24
"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "topçular" "Çelsi"dən Noni Maduekeni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Arsenal" ingiltərəli vinger üçün qarşı tərəfə 55,4 milyon avro ödəyəcək. 23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
Futbolçu yeni komandasında 20 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Noni Madueke ötən mövsüm "Çelsi"nin heyətində meydana çıxdığı 46 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Avropa Liqası: “Portu” evdə, “Aston Villa” səfərdə qalib gəldi - YENİLƏNİB
- Elmar Baxşıyev: “Nöqsanları aradan qaldırmaq lazımdır”
- "Sabah" - "Qarabağ" matçı bu tarixdə keçiriləcək
- Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyinin final mərhələsi keçirilir - FOTO
- Maksimin: “Fənərbaxça"ya zərər verməyə çalışan çox insan var”
0
0