“Çelsi”nin forvardı addım-addım “Bavariya”ya
30.08.2025 - 13:02
"Çelsi"nin forvardı Nikolas Cekson karyerasını Almaniyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 24 yaşlı hücumçu "Bavariya" ilə anlaşıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Bavyera təmsilçisi oyunçunu 15 milyon avro qarşılığında 1 illik icarəyə götürəcək.
Müqavilədə 80 milyon avro məbləğində satınalma bəndi də yer alacaq.
Seneqallı hücumçu bu gün tibbi müayinədən keçmək üçün Londona yollanacaq.
Qeyd edək ki, Nikolas Cekson 2023-cü ildə “Vilyareal”dan “Çelsi”yə 37 milyon avroya transfer olunmuşdu.
- Avropa Liqasında yox, Konfransda oynayacaq – “Kristal Pelas”a UEFA şoku
- DÇ-2026: Almaniyadan darmadağın, İslandiya - Ukrayna matçında 8 qol - YENİLƏNİB
- Ramin Quliyev: "Sanki komanda olaraq “Levski”dən çəkindilər"
- “Fiorentina”da Motta səsləri
- Amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimi keçirilib
0
0