“Dortmund”un forvardı ərəblərin radarında
16.11.2025 - 18:25
“Borussiya Dortmund"un hücumçusu Seru Qirassi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, adı açıqlanmayan bir klub 29 yaşlı forvardı transfer etmək istəyir.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, komanda Qvineya millisinin üzvünə illik 20 milyon avro məvacib qarşılığında 3 illik müqavilə təklif etmək niyyətindədir.
Qeyd edək ki, Qirassi “Borussiya”nın heyətində 65 oyuna 45 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Bundesliqa klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.
- DÇ: “Dortmund” - "Mamelodi Sandauns" görüşündə 7 qol, “İnter”dən əzmkar qələbə
- “Səbail”in kapitanı ilə baş məşqçisi arasında gərginlik - SON DƏQİQƏ
- "Fənərbaxça"dan Asensio bombası - Danışıqlar başladı
- "Qəbələ" "Kəpəz"i məğlub edib- YENİLƏNİB
- Valdas Dambrauskas: “Üzərində işləməli olduğumuz çox məqam var”
0
0