En-Nesri rəsmən “Əl-İttihad”da
04.02.2026 - 02:24
“Fənərbaxça”nın futbolçusu Yusif En-Nesrinin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, “Əl-İttihad” 28 yaşlı hücumçunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı təmsilçisi bu keçid üçün qarşı tərəfə 15 milyon avro ödəyib.
Qeyd edək ki, Mərakeş millisinin üzvü bu mövsüm “Fənərbaxça”nın heyətində meydana çıxdığı 27 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

- “Fənər” gənc ulduzu ilə müqavilə yeniləyəcək
- İspaniyalı hücumçu "Qarabağ"a gəlməyəcək - SƏBƏBİ BƏLLİ OLDU
- “Neftçi TV” niyə lisenziyasını ləğv etdi?: Rüstəm Əfsərli açıqladı
- “Karvan” futbolçusu ilə yollarını ayırdı - RƏSMİ
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
0
0