“Fənər” Fransa millisinin üzvü ilə razılıq əldə edib
03.01.2026 - 20:40
“Fənərbaxça” heyətini yeni oyunçu ilə gücləndirməyə çox yaxındır.
Apasport.az xəbər verir ki, İstanbul klubu “Latsio”da çıxış edən Mateo Gendozi ilə razılaşma əldə edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
“Sarı-lacivərdlilər” 26 yaşlı yarımmüdafiəçi üçün A Seriyası təmsilçisinə 25+2 milyon avroluq təklif göndərib.
Qeyd edək ki, “Latsio” Gendozini 2024-cü ildə “Marsel”dən 13 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə komandasının heyətində 15 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Almaniya millisinin üzvü yenidən Premyer Liqada - RƏSMİ
- İdmançımız Türkiyədə keçirilən Qran-pridə doqquzuncu olub - FOTO
- Beynəlxalq dərəcəli hakimimiz Avropa çempionatına təyinat alıb
- “Qalatasaray”dan ayrıldı - SABİQ KLUBUNA GERİ QAYITDI
- “Qarabağ”ın rəqibi III Liqa klubunun hücumçusunu transfer edib
0
0