"Fənər" Kerem üçün ilk təklifini göndərib
07.08.2025 - 13:08
"Fənərbaxça" "Benfika"da forma geyinən Kerem Aktürkoğlu üçün ilk təklifini edib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün Lissabon klubuna 22,5 milyon avro təklif edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, "Benfika" rəhbərliyi hələlik bu təklifə cavab verməyib.
Qeyd edək ki, Kerem Aktürkoğlu ötən mövsüm "Qalatasaray"dan Portuqaliya təmsilçisinə 12 milyon avroya transfer olunmuşdu.
- Kamilo Duran: “Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq”
- "Fənər"in müdafiəçisi Çempionşipdə - RƏSMİ
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
- “Qarabağ”dan minimalhesablı qələbə - YENİLƏNİB
- Velko Simiç: “Sabah gücümüzü meydanda nümayiş etdirəcəyik”
0
0