“Fənər” “Yuventus”un forvardını istəyir
25.02.2025 - 17:34
Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” “Yuventus”un forvardı Duşan Vlahoviçi transfer etmək istəyir.
Bu barədə “Tuttosport” nəşri məlumat yayıb.
Duşan Vlahoviç Türkiyədə oynamağa razıdırmı?
Komanda hücumçunun bütün təkliflərini qəbul etməyə hazırdır. Lakin futbolçu Türkiyəyə transfer olmağa müsbət yanaşmır.
Vlahoviçin bu mövsümki statistikası
Qeyd edək ki, 25 yaşlı serbiyalı bu mövsüm “qoca sinyora”nın heyətində iştirak etdiyi 21 rəsmi matçda 14 qol, 2 assistlə yadda qalıb.
- Cavid Hüseynov: "Qarabağ" böyük klublara qarşı daha rahat oynamağa başlayıb"
- “Trabzonspor” mükafatlandırma mərasimində iştirak etmədi
- "Beşiktaş"ın yeni transfer hədəfi: "Milan"ın müdafiəçisi
- Millinin baş məşqçisi: "Avropada qazandığımız qələbəni şəhidlərimizə həsr etdik"
- Braziliyalı hücumçu “Karvan”da - RƏSMİ
0
0