“Fənərbaxça” prezidentinə narkotik ittihamı: məhkəməyə çağırıldı
19.12.2025 - 20:18
Narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində "Fənərbaxça" klubunun prezidenti Sadettin Saran şübhəli qismində İstanbul Baş Prokurorluğu tərəfindən ifadə vermək üçün məhkəməyə çağırılıb.
Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, Saranın evində axtarış aparılıb. Hazırda İtaliyanın Milan şəhərində olan klub rəsmisi sabah səhər ölkəyə dönərək ifadə verəcək.
Qeyd edək ki, Sadettin Saran bu ilin sentyabr ayında "Fənərbaxça"nın prezidenti seçilib.
- Azarkeşlər Binə qəsəbə stadionunu doldurublar - FOTO
- Okan Buruk və Kerem Aktürkoğlu arasında gərginlik: Bir-birilərini izləməyi dayandırdılar
- Artim Şakiri: "Şkendiya" Bakıya qələbə qazanmaq məqsədilə gələcək"
- “Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib
- İngiltərəli yarımmüdafiəçi daha 5 il “Siti”də - RƏSMİ
0
0