“Fənərbaxça”nın yeni hədəfi: Arçi Braun
11.07.2025 - 13:18
Yeni mövsümdə Türkiyə Super Liqasında çempion olmağı hədəfləyən "Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” Belçikanın “Gent” klubunda çıxış edən sol cinah müdafiəçisi Arçi Braunla yaxından maraqlanır.
Bu barədə insayder Cianluka Di Marzio məlumat yayıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi 23 yaşlı ingiltərəlinin komandası ilə şərti razılığa gəlib. Arçi Braun da bu keçidə müsbət yanaşır.
Qeyd edək ki, “Fənərbaxça” daha əvvəl “Əl-Nəsr”in forvardı Con Duranı icarə əsasında heyətinə qatmışdı.
- La Liqa: “Betis” 3 xalı 3 qolla qazanıb
- Adil Şükürov: “Bizə hədəfi vurmaq üçün bir atış şansı verilir”
- Mahir Məmmədov: "Vüqar Həşimov Memorialının nüfuzu dünyada həddindən artıq böyükdür"
- Super Liqa: “Göztəpə” və “Konyaspor”dan darmadağın
- “Qalatasaray”ın Lukman israrı davam edir - 50 milyon təklif ediləcək
0
0