"Fənər"dən "Spartak"a - RƏSMİ
09.09.2025 - 12:10
"Fənərbaxça"nın futbolçusu Aleksandr Ciku karyerasını Rusiyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, 31 yaşlı müdafiəçi "Spartak"a transfer olub.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, "sarı-lacivərdlilər" oyunçunun keçidindən 2,5 milyon avro gəlir əldə edəcək. Futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Qana millisinin üzvü olan Ciku 2023-cü ildən "Fənərbaxça"da çıxış edirdi.
- Kimmix karyerasını Fransada davam etdirə bilər
- "Fənər" Kerem üçün ilk təklifini göndərib
- "Fənər" “Viktoriya" səfərindən bir xalla qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- Afrikalı futbolçu Bakıya gəlib - “Neftçi”də oynamağa razılıq verib
- Konfrans Liqası: “Samsunspor” Polşadan 3 xalla qayıdır - YENİLƏNİB
0
0