“Fənər”in maraqlandığı futbolçu Niderland klubunda qalacaq
24.12.2025 - 22:54
“Fənərbaxça”nın maraqlandığı Coyi Verman PSV-də qalacaq.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderland təmsilçisindən verilən açıqlamada 27 yaşlı futbolçunun mövsümün sonuna qədər komandanın uğurları üçün mübarizə aparacağı bildirilib.
Xatırladaq ki, Niderland millisinin üzvü bir müddət əvvəl “Fənərbaxça” ilə danışıqlar aparmaq üçün İstanbula gəlmişdi.
Qeyd edək ki, Verman bu mövsüm PSV-nin heyətində 22 rəsmi matçda iştirak edərək 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
- Felipe Santos: "Komandada onun xüsusiyyətlərinə malik başqa oyunçu yoxdur"
- Qurbanova kömək edə bilməyəcəklər: "Qarabağ"da zədə problemləri
- Çempionşipə düşdü - KOMANDADAN GÖNDƏRİLDİ
- “Qarabağ”ın futbolçusu Çempionlar Liqasının tarixinə düşdü – ilk azərbaycanlı oldu
- Sabiq “Fənər”lidən fantastik qol: 9 il sonra çempion oldu - VİDEO
0
0