Fransalı hücumçu rəsmən “Fənərbaxça”da
02.02.2026 - 00:40
"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Anje"dən Sidiki Şerifi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı fransalı forvard satınalma bəndi ilə birgə mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Sidiki Şerif “Anje”nin yetirməsidir. O, bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 4 qola imza atıb.
- A Seriyasında ən yaxşı məşqçi bəlli olub
- “Qarabağ” dünya reytinqində 38 pillə irəliləyib - “Sevilya” və “Nyukasl”ı qabaqlayıb
- AL: “Beşiktaş”ın rəqibi Arda Turanın komandası ola bilər - YENİLƏNİB
- Güləş üzrə Avropa çempionu: "Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam"
- Premyer Liqa klubu En-Nesrini istəyir - 40 MİLYON AVRO TƏKLİF EDƏCƏK
0
0