Futbol dünyasından daha bir ulduz ayrılır - KARYERASINI SONLANDIRACAQ
26.09.2025 - 13:51
“İnter Mayami”nin futbolçusu Serxio Buskets mövsümün sonunda karyerasını başa vuracaq.
Apasport.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında açıqlama verib.
O, MLS-də bu ilin sonunda yekunlaşacaq mövsümlə birlikdə futbolçu karyerasına nöqtə qoyacaq.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Buskets 2008–2023-cü illərdə Kataloniya klubunun əsas komandasında çıxış edib. Təcrübəli oyunçu 2023-cü ilin yayında “İnter Mayami”yə transfer olunub.
- "Beşiktaş"ın üzvü rəsmən İtaliya klubunda
- Ölkəmizi Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılar müəyyənləşib
- “Ferentsvaroş”un futbolçusu: "Qarabağ"ın fərdi keyfiyyətləri yüksəkdir”
- “Şelburn” - “Qarabağ” matçının hakimləri bəlli olub
- KL: “Sabah” məğlub olsa, bu rəqiblə qarşılaşacaq
0
0