İngiltərə millisinin heyətində iki futbolçu zədə səbəbindən düşərgədən uzaqlaşdırılıb.
Apasport.az xəbər verir ki, “Nyukasl”ın qapıçısı Nik Pop və yarımmüdafiəçisi Entoni Qordon zədələndikləri üçün yığmanın qarşıdakı oyunlarında iştirak etməyəcəklər.
Bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Onların yerinə “Mançester Siti”nin qapıçısı Ceyms Trafford və “Çelsi”nin müdafiəçisi Trevo Çaloba milliyə çağırılıb.
Xatırladaq ki, İngiltərə millisi noyabr ayında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iki görüş keçirəcək. Tomas Tuxelin rəhbərlik etdiyi komanda 13 noyabrda Serbiya ilə evdə, 16 noyabrda isə Albaniya ilə səfərdə qarşılaşacaq.
- AMADA 2025-ci ilin 10 ayında 27 idmançının məkan məlumatı pozuntusunu açıqlayıb
- “Barsa”dan ayrıldı - Ronaldonun komanda yoldaşı oldu
- “El Klassiko”da sevinən tərəf “Real” oldu - YENİLƏNİB
- Kurban Berdiyev: “Əlimizə düşən imkanlardan istifadə edə bilmədik"
- III MDB Oyunları: Millimiz gümüş medallara sahib çıxdı - YENİLƏNİB