İngiltərəli forvard “Çelsi” yolunda
29.05.2025 - 23:54
"İpsviç"in forvardı Liam Delapın gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, hücumçu "Çelsi"yə transfer olmağa çox yaxındır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, "zadəganlar" ingiltərəli futbolçunun sərbəstqalma məbləği olan 30 milyonu ödəməyə razılaşıb.
Futbolçu ilə artıq şifahi razılaşma əldə olunub.
Qeyd edək ki, 22 yaşlı Delap bu mövsüm "İpsviç"in heyətində iştirak etdiyi 40 rəsmi matçda 12 qol, 2 assistlə yadda qalıb.
- Sabiq “fənər”li I Liqa klubunu tərk edib - RƏSMİ
- 36 yaşlı müdafiəçi “Sevilya”da - RƏSMİ
- "Hayduk"un sabiq forvardı: "Çox istəyərdim ki, növbəti mərhələyə "Zirə" adlasın, onlara azarkeşlik edəcəm"
- Niderland millisinin üzvü “Liverpul”da - RƏSMİ
- Çalhanoğlu qol vurdu, "İnter" yarımfinala yüksəldi - VİDEO
0
0