“İnter” ispaniyalı baş məşqçi ilə danışıqlar aparır
04.06.2025 - 18:15
İtaliya A Seriyası təmsilçilərindən “İnter” baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az xəbər verir ki, komanda “Komo”nun baş məşqçisi Ses Fabreqası bu posta gətirmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, artıq hər iki tərəf arasında ilk danışıqlar baş tutub.
İspaniyalı mütəxəssis bu təklifə müsbət yanaşır.
Qeyd edək ki, 38 yaşlı Fabreqas mövsümün əvvəlindən “Komo”nun sükanı arxasında əyləşib.
- Türkiyə millisinin üzvü PSJ yolunda
- Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəlib
- Əfran İsmayılov: "Qarabağ" Azərbaycan futbolunun yükünü belində daşıyır"
- Rəhman Daşdəmirov: “Fransa ilə matçda assist edəcəyimi gözləmirdim”
- “Qalatasaray” illik 15 milyon avro təklif etdi - GECƏ İSTANBULA GƏLƏCƏK
0
0