"İnter"in forvardı "Olimpiakos"da - RƏSMİ
01.09.2025 - 13:23
"İnter"in forvardı "Olimpiakos"da - RƏSMİ

"İnter"in hücumçusu Mehdi Taremi karyerasını Yunanıstanda davam etdirəcək.

Apasport.az xəbər verir ki, 33 yaşlı hücumçu "Olimpiakos"a transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, İran millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb. "Olimpiakos" bu keçid üçün qarşı tərəfə 2,5 milyon avro ödəyib.

Qeyd edək ki, Mehdi Taremi ötən mövsüm "İnter"in heyətində çıxış etdiyi 43 rəsmi matçda 3 qol və 9 assistlə yadda qalıb.