İspaniya millisinin üzvü "Atletiko"da - RƏSMİ
02.07.2025 - 17:41
İspaniya La Liqa təmsilçilərindən "Atletiko Madrid" heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, komanda "Vilyareal"ın üzvü Aleks Baenanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb. Madrid təmsilçisi bu keçid üçün qarşı tərəfə 45 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, İspaniya millisinin üzvü "Vilyareal"ın yetirməsidir. O, ötən mövsüm komandasının heyətində meydana çıxdığı 33 rəsmi matçda 7 qol və 10 assistlə yadda qalıb.
- DÇ-2026: İspaniya Türkiyə millisini darmadağın etdi - YENİLƏNİB
- İtaliya millisinin üzvü daha 2 il “Napoli”də - RƏSMİ
- "İnter" Nigeriya millisinin üzvü ilə maraqlanır
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Fonseka ciddi cəza ilə qarşı-qarşıya: 7 ay futboldan uzaqlaşdırıla bilər
0
0