"Trabzonspor"un təklifini qəbul etməyən Saul Niqesin gələcəyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, "Atletiko" ilə müqaviləsinin bitməsinə bir il qalan ispaniyalı yarımmüdafiəçi Braziliyanın "Flamenqo" klubu ilə anlaşma əldə edib.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
30 yaşlı futbolçu "Flamenqo"nun təklif etdiyi 3 illik müqaviləni qəbul edib. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü olan Saul Niqes "Atletiko"nun heyətində 427 rəsmi oyuna çıxıb. O, bu görüşlərdə 48 qol vurub, 26 məhsuldar ötürmə ilə yadda qalıb.
- Samir Abasov: “Referilərdən narazı qaldım”
- Moratanın "Qalatasaray" macərası uzun çəkmədi - A Seriyasına qayıdacaq
- "Qarabağ"ın ÇL-dən əldə etdiyi gəlir bəlli olub
- Qurban Qurbanov: “Əgər sona kimi oyun intizamını qoruyub-saxlasaq…”
- Cüdoçularımız Şimali Makedoniyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb