“Latsio”dan göndərildi – “Torino”ya rəhbərlik edəcək
05.06.2025 - 17:48
İtaliya A Seriyası təmsilçilərindən “Torino”nun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, komandaya bir müddət əvvəl “Latsio”dan ayrılan Marko Baroni rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Torino” 63 yaşlı mütəxəssislə 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Marko Baroni karyerası ərzində “Leççe”, “Verona”, “Benevento” kimi klublarda da baş məşqçi kimi çalışıb.
- ÇL: "Qarabağ"ın səfər matçı üçün ayrılmış vauçerlər bu gün satışa çıxarılır
- Emreli üçün yeni şans: İtaliya və Polşadan təkliflər var
- Orxan Məmmədov: “Hər birimiz yığmamıza inanırıq”
- ACES Europe prezidenti: “Bakı dünyanın ən vacib şəhərlərindən biridir”
- “Qarabağ”ın rəqibinin hücumçusu Fransa klubunda - RƏSMİ
0
0