“Leypsiq”in futbolçusu Liqa 1-də - RƏSMİ
24.12.2025 - 00:37
Fransa Liqa 1 təmsilçilərindən “Lans” heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda “Leypsiq”də çıxış edən Amadu Haydaranı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 27 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. “Lans” bu keçid üçün qarşı tərəfə 2 milyon avro ödəyib.
Qeyd edək ki, “Leypsiq” Haydaranı 2019-cu ildə “Salzburq”dan transfer etmişdi.
- Natiq Fazilov: “Məqsədimiz MDB Oyunlarında ən azı iki medal qazanmaqdır”
- "Real" Rodriqo ilə yollarını ayırır?
- “Şaxtyor”un futbolçusu Premyer Liqaya doğru - “Neftçi”nin maraq dairəsində
- Boksçularımız təlim-məşq toplanışına başlayıb
- Prezident "Qarabağ"ı "Kopenhagen" üzərində qələbə münasibətilə təbrik edib
0
0