“Milan”da yeni müqavilə - RƏSMİ
15.12.2025 - 20:13
“Milan”da yeni müqavilə - RƏSMİ

"Milan"da yeni müqavilə qeydə alınıb.

Apasport.az xəbər verir ki, komanda yarımmüdafiəçi Aleksis Salemakers ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı belçikalı ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Aleksis Salemakers 2020-ci ildən "Milan"da çıxış edir.