"Milan"dan 23 milyon avroluq transfer - RƏSMİ
04.07.2025 - 09:53
"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Torino" klubunda çıxış edən Samuel Riççini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, "Milan" bu keçid üçün qarşı tərəfə 23 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, İtaliya millisinin üzvü olan Riççi ötən mövsüm "Torino"nun heyətində 36 rəsmi oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
- PSJ-dən 63 milyon avroluq transfer - RƏSMİ
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- “Şaxtyor”un futbolçusu Premyer Liqaya doğru - “Neftçi”nin maraq dairəsində
- “Qarabağ” Çempionlar Liqası üçün iştirak ərizəsini UEFA-ya göndərib
- "Qalatasaray"la oyunda zədələndi - "Çelsi" matçında olmayacaq
0
0