Mourinyodan “Qalatasaray”a əks həmlə
25.02.2025 - 16:40
Mourinyodan “Qalatasaray”a əks həmlə

Daha əvvəl xəbər verdiyimiz kimi, Türkiyə Super Liqası təmsilçilərindən “Qalatasaray”, “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonu məhkəməyə verəcəyini açıqlamışdı. 

Apasport.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı əks həmlə edərək, “sarı-qırmızılılar”ı ittihamlara görə məhkəməyə verməyə hazırlaşır.

Baş məşqçi artıq şəxsi vəkilləri ilə bu məsələ haqqında görüş keçirib.

Qeyd edək ki, ötən gün baş tutan derbidə “Fənərbaxça” səfərdə “Qalatasaray”la qolsuz heç-heçəyə razı olmuşdu.