Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
20.11.2025 - 19:50
“Benfika”nın baş məşqçisi Jose Mourinyo Rafa Silva ilə bağlı iddialara cavab verib.
Apasport.az xəbər verir ki, o, Portuqaliya Kubokunda “Atletiko” ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında bunları deyib:
“Rafa Beşiktaşın oyunçusudur. Bəzi jurnalistlər guya onun şəxsiyyətini bəyənmədiyimi iddia edərək mənim haqda yanlış təsəvvür yaratdılar. Mən kiməm ki, kimdənsə xoşum gəlməsin? Üstəlik də tanımadığım birindən".
Qeyd edək ki, Portuqaliya mətbuatı bir müddət əvvəl Mourinyonun “Beşiktaş”dan ayrılmaq istəyən Rafa Silva ilə maraqlandığını yazmışdı.
- Millimizin Avropa Qızıl və Gümüş Liqalarındakı oyunlarının təqvimi bəlli olub
- "Fənər"in Mourinyoya ödəyəcəyi məbləğ bəlli olub
- Kurban Berdiyev: “Əlimizə düşən imkanlardan istifadə edə bilmədik"
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Ərəblərin Barış Alper israrı davam edir
0
0