"Panatinaikos"un yeni baş məşqçisi bəlli olub - RƏSMİ
24.10.2025 - 13:55
"Panatinaikos"un yeni baş məşqçisi bəlli olub - RƏSMİ

“Panathinaikos”un yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu posta Rafael Benitez gətirilib.

Bu barədə Yunanıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

65 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Benitezin rəhbərlik etdiyi son klub “Selta” olub.