Portuqaliyalı yarımmüdafiəçi “Çelsi”də - RƏSMİ
02.06.2025 - 22:56
İngiltərə Premyer Liqası təmsilçilərindən "Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "zadəganlar" "Sportinq"in yarımmüdafiəçisi Dario Essuqonu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London təmsilçisi 20 yaşlı portuqaliyalı ilə 8 illik müqavilə imzalayıb. "Sportinq" bu transferdən 22,27 milyon avro gəlir edəcək.
Qeyd edək ki, Essuqo başa çatan mövsümü icarə əsasında İspaniyanın "Las Palmas" klubunda keçirib.
- Qurban Qurbanov: “Hansısa xırdalıqlara getməyə ehtiyac yoxdur”
- Aktürkoğlu vurdu, “Fənər” Avropada 400-ə çatdı
- Elnur Məmmədov: “Dünya İdman Paytaxtı” seçilməsi Bakıya yeni imkanlar açır”
- "Qalatasaray"la oyunda zədələndi - "Çelsi" matçında olmayacaq
- Federasiya rəsmisi: “Pumse növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsi gözlənilir”
0
0