Premyer Liqadan Bundesliqaya - RƏSMİ
30.08.2025 - 13:58
"Borussiya Dortmund" növbəti transferini rəsmiləşdirib.
Apasport.az xəbər verir ki, komanda "Vulverhempton"dan Fabio Silvanı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bundesliqa təmsilçisi bu keçid üçün qarşı tərəfə 22,5 milyon avro ödəyib.
Qeyd edək ki, Silva "Vulverhempton"a 2020-ci ildə "Portu"dan 40 milyon avro qarşılığında transfer olmuşdu.
- Mayk Tayson və Floyd Meyvezer rinqdə üz-üzə gələcək
- Elvin Cəfərquliyev: “Etdiyimiz səhvlər məğlubiyyətə səbəb oldu”
- Salah Suarezi geridə qoydu
- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
0
0