“Qalatasaray” illik 15 milyon avro təklif etdi - GECƏ İSTANBULA GƏLƏCƏK
11.06.2025 - 20:32
Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirməyə çox yaxındır.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" "Bavariya" ilə müqaviləsi bu ayın sonu başa çatacaq Leroy Saneni transfer etmək istəyir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Almaniyalı futbolçunun klubla danışıqlar aparmaq üçün bu gecə saatlarında İstanbula gələcəyi gözlənilir.
Qeyd edək ki, 29 yaşlı vinger “Qalatasaray”la razılığa gələrsə, illik 15 milyon avro məvacib alacaq.
- Tahir Gözəl: “Qarabağ” bütün dünyaya Azərbaycan xalqının cəsarətini göstərir”
- III MDB Oyunları: 14 taekvondoçumuz medallar uğrunda mübarizə aparacaq
- "Sabah"dan ayrılan futbolçu Yunanıstan klubunda - RƏSMİ
- Türkiyə səfərdə ABŞ-ni məğlub etdi
- Ölkə çempionatında yarımfinal və bürünc medal oyunları keçirilib - FOTO
0
0