"Fənərbaxça" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, komanda "Qalatasaray"ın da yaxından maraqlandığı İv Bissumanı heyətinə qatmaq istəyir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Mənbənin məlumatına görə, İstanbul klubu "Tottenhem"də çıxış edən 29 yaşlı futbolçunun meneceri ilə danışıqlara start verib.
Xatırladaq ki, bir müddət əvvəl malili yarımmüdafiəçinin “Qalatasaray”la razılığa gəldiyi barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, "Tottenhem" İv Bissumanı 2022-ci ildə "Brayton"dan 29,2 milyon avro qarşılığında transfer etmişdi.
- Qurban Qurbanov israr edir: “Qarabağ” üçüncü təklifi göndərdi
- Felipe Santos: “Omoniya” ilə görüşdə sona qədər mübarizə aparacağıq"
- "Tottenhem" Postekoqlu ilə yollarını ayıracaq
- Super Liqa: “Qalatasaray” mövsümdə ilk məğlubiyyətini aldı
- Okan Buruk Mourinyonun ona fiziki müdaxilə etməsi barədə danışıb