"Qalatasaray"dan Yann Zommer bombası
03.07.2025 - 11:28
"Qalatasaray"dan Yann Zommer bombası

Fernando Musleranın gedişindən sonra bu mövqeyə oyunçu axtarışlarını davam etdirən "Qalatasaray" istədiyi oyunçunu İtaliyada tapıb.

Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" ötən mövsüm UEFA Çempionlar Liqasının finalçısı olan "İnter"in qolkiperi Yann Zommerlə yaxından maraqlanır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İstanbul təmsilçisi 36 yaşlı qapıçı üçün A Seriyası klubu ilə danışıqlar aparmaq niyyətindədir.

Qeyd edək ki, Zommer 2023-cü ildə "Bavariya"dan 8 milyon avro qarşılığında "İnter"ə transfer olunub.

İsveçrə millisinin üzvü bu komandada bir dəfə A Seriyasını, bir dəfə isə İtaliya Superkubokunu qazanıb.