“Qalatasaray”ın futbolçusu ƏMƏLİYYAT OLUNUB
08.11.2025 - 12:56
"Qalatasaray"ın futbolçusu Yunus Akgün əməliyyat olunub.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Türkiyəli vinger qasıq nahiyəsindən əməliyyat edilib.
24 yaşlı futbolçu il sonunadək komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qalatasaray” illik 15 milyon avro təklif etdi - GECƏ İSTANBULA GƏLƏCƏK
- Premyer Liqa klubunda yeni müqavilə
- Felipe Santos: "Komandada onun xüsusiyyətlərinə malik başqa oyunçu yoxdur"
- “Zirə”nin futbolçuları zədələndi: 5-6 həftə olmayacaqlar
- "Samsunspor"un Konfrans Liqasındakı rəqibləri müəyyənləşib - YENİLƏNİB
0
0