“Qalatasaray”ın futbolçusu “Milan”ın radarında
11.11.2025 - 21:55
Hazırda karyerasını "Udineze"də çıxış edən və müqavilə ilə "Qalatasaray"a məxsus olan Nikolo Zaniolo "Milan"ın maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “rossonyerilər” 26 yaşlı yarımmüdafiəçinin çıxışını bəyənir. A Seriyası klubu mövsümün sonunda İstanbul təmsilçisinə oyunçu üçün 10-12 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Zaniolo bu mövsüm "Udineze"nin heyətində çıxış etdiyi 10 rəsmi matçda 4 qol vurub.
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- Orkun Kökçü vətəninə gəlir: "Sadəcə "Beşiktaş”
- İslam Oyunları: Cüdoçumuz 1/4 finalda məğlub oldu
- “Kəpəz” gürcüstanlı futbolçu ilə yollarını ayırıb - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
0
0