Qriliş addım-addım "Everton"a
11.08.2025 - 14:42
"Mançester Siti”nin futbolçusu Cek Qriliş karyerasını “Everton”da davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, “Everton” həm futbolçu, həm də “şəhərlilər”lə şifahi razılıq əldə edib. 29 yaşlı vinger bir illik icarə əsasında Mersisayd təmsilçisinin heyətində çıxış edəcək.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Qriliş 2021-ci ildə “Aston Villa”dan “Mançester Siti”yə 117,5 milyon avroya transfer olunmuşdu.
- AL: Ardanın "Şaxtyor"undan "Beşiktaş"a 4 qol - YENİLƏNİB
- “Fulhem” 3 futbolçusu ilə müqavilə yeniləyib - RƏSMİ
- İtaliya millisinin üzvü karyerasını bitirib - VİDEO
- Afrikalı futbolçu Bakıya gəlib - “Neftçi”də oynamağa razılıq verib
- Niyaməddin Paşayev: "Taekvondoçularımız bizi dəstəkləyən hər kəsi sevindirdi" - VİDEO
0
0