“Real” “Tottenhem”in müdafiəçisi ilə maraqlanır
31.10.2025 - 13:57
“Tottenhem”in mərkəz müdafiəçisi Mikki van de Ven karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, niderlandlı futbolçu ilə “Real Madrid” yaxından maraqlanır.
Bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, “kral klubu” qış fasiləsində “Tottenhem”lə danışıqlara başlamağı planlaşdırır. Premyer Liqa təmsilçisi 24 yaşlı oyunçu üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Mikki bu mövsüm bütün yarışlarda 13 oyunda iştirak edib və 5 qol vurub. Onun İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
- “Araz-Naxçıvan”ın yay hazırlıq planı bəlli oldu
- "Zirə" Türkiyə klubunu darmadağın etdi - YENİLƏNİB
- "Fənərbaxça", "Beşiktaş və "Qalatasaray"ın Avropadan qazandığı gəlir açıqlandı
- Dambrauskas: “Əlimizdən gələnin ən yaxşısını edəcəyik”
- “Qəbələ” - “Turan Tovuz” matçının taleyi bəlli olub - SABAH KEÇİRİLMƏYƏCƏK
0
0