"Reyncers"in yeni baş məşqçisi müəyyənləşib
05.06.2025 - 17:24

Şotlandiyanın "Reyncers" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, komandaya Rasl Martin rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
39 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Martin daha əvvəl "MK Dons", "Svense" və "Sauthempton"da məşqçi kimi çalışıb.
0
0