“Sabah”ın rəqibindən növbəti transfer
24.06.2025 - 20:23
Avropa Liqasının I təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Selye” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Sloveniya təmsilçisi 32 yaşlı qapıçı Simon Sluqanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sluqa “Selye”yə azad agent statusunda qoşulub və onunla iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Simon Sluqa son olaraq İsrailin “Makkabi Tel-Əviv” klubunda çıxış edib.
- “Bavariya”nın əsas hədəfi: Niko Uilyams
- "Fənər"in yeni sponsoru bəlli olub
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
- Elnur Məmmədov: “Dünya İdman Paytaxtı” seçilməsi Bakıya yeni imkanlar açır”
- “Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri müəyyənləşib
0
0