Sabiq “fənər”li I Liqa klubunu tərk edib - RƏSMİ
29.11.2025 - 11:51
Futbol üzrə Türkiyə I Liqa təmsilçilərindən "Keçiörengücü”ndə ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, komanda yarımmüdafiəçi Alper Potukla yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 34 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə xitam verilib.
Qeyd edək ki, Alper Potuk bu ilin sentyabrında “Keçiörengücü”nə transfer olunmuşdu. Türkiyə millisinin sabiq üzvü indiyədək “Eskişehirspor”, “Fənərbaxça”, “Ankaragücü” və “Rizəspor” kimi klubların formasını geyinib.
- Bakıda “İdmanda Hüquq və Ədalət” üzrə beynəlxalq konfrans keçirilib
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- PSJ-dən 63 milyon avroluq transfer - RƏSMİ
- “Beşiktaş”ın prezidenti CƏZALANDIRILDI
0
0