Sabiq "Fənər"li Super Liqa klubunda
07.08.2025 - 16:15

Son olaraq "Göztəpə"də çıxış edən Nazım Sanqarenin yeni iş yeri bəlli olub.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını "Qaziantepspor"da davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sağ cinah müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində "Fənərbaxça", "Antalyaspor", "Fatih Karagümrük" və Almaniyanın "Osnabrük" klublarında da forma geyinib.
- Emil Mustafayev: "Rəhbərlik mənə bildirdi ki, özümə yeni klub tapmalıyam"
- “Latsio”nun yeni baş məşqçisi müəyyənləşib - RƏSMİ
- “Araz”ın sabiq kapitanı seçimini etdi - Premyer Liqada qalacaq
- İtaliya millisinin forvardı Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ
- Türkiyə millisinin qolkiperi “Monako”nun radarında
0
0