Hazırda karyerasını İspaniya La Liqası təmsilçilərindən “Sevilya”da davam etdirən Suso yayda komandadan ayrılacaq.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, Əndəlüs klubu 31 yaşlı vingerlə müqaviləni yeniləməyəcək və o, mövsümün sonunda azad agent statusu qazanacaq.
Xatırladaq ki, futbolçu bundan əvvəl "Liverpul", "Almeriya", "Milan" və "Cenoa" kimi komandaların şərəfini qoruyub.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü bu mövsüm “Sevilya”nın heyətində 15 rəsmi oyunda iştirak edib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Qaşim Maqomedov: “Daha çox hazırlaşsaydım, qızıl medal qazana bilərdim”
- Rəhman Daşdəmirov: “Fransa ilə matçda assist edəcəyimi gözləmirdim”
- Rafael Leao: “Alleqri mənim düşüncəmi dəyişdi”
- “Lənkəran” daha bir legionerin keçidini həll edib
- III MDB Oyunları: 14 taekvondoçumuz medallar uğrunda mübarizə aparacaq