Sabiq “Qalatasaray”lı Mərakeş klubunda - RƏSMİ
25.10.2025 - 11:10
Mərakeş millisi və "Qalatasaray"ın sabiq futbolçusu Hakim Ziyeş karyerasını ölkəsində davam etdirəcək.
Apasport.az xəbər verir ki, 32 yaşlı vinger "Vidad Kasablanka"ya transfer olub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Hakim Ziyeş son olaraq "Əl-Duhail" komandasında çıxış edib. O, daha əvvəl "Tvente", "Ayaks" və "Çelsi" klublarının da şərəfini qoruyub.
- Moratanın "Qalatasaray" macərası uzun çəkmədi - A Seriyasına qayıdacaq
- Elvin Cəfərquliyev: “Növbəti matçlarda da qələbə üçün meydana çıxacağıq”
- “Barsa”nın ulduzu sıradan çıxdı - 2-3 həftə oynamayacaq
- "Neftçi" yox desəydi, yenə işimizi görəcəkdik"
- Ostervolde qərarını verdi - "Fənər"lə müqavilə yenilədi
0
0