“Sevilya”dan yeni transfer - RƏSMİ
13.08.2025 - 14:58

"Sevilya" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Nyukasl Yunayted"də çıxış edən Odissias Vlaxodimosu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qolkiper 1 illik icarə əsasında La Liqa təmsilçisinin qapısını qoruyacaq.
Qeyd edək ki, Vlaxodimos "Nyukasl"a 2024-cü ilin yanvarında "Nottingem Forest"dən 23,6 milyon avroya transfer olunmuşdu.
- 41 yaşlı futbolçu 1 il daha Fransa klubunda
- Cüdoçularımız Şimali Makedoniyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb
- Ərəblər millimizin üzvü ilə maraqlanır - 1+1 illik müqavilə təklif edəcəklər
- Saşa İliç: “Qarabağ”a qarşı uğurlu nəticə qazanmaq istəyirsinizsə…”
- Emreli üçün Bundesliqadan iki müştəri - TRANSFERDƏ İSRARLIDIRLAR
0
0