Super Liqada daha bir məşqçi ayrılığı reallaşıb
28.10.2025 - 00:20
Super Liqada daha bir məşqçi ayrılığı reallaşıb

Türkiyə Super Liqasında daha bir baş məşqçi ayrılığı gerçəkləşib.

Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Gənclərbirliyi" Hüseyn Eroğlu ilə yollarını ayırıb.

Razılaşmaya əsasən, 52 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Hüseyn Eroğlu ötən ilin dekabr ayından "Gənclərbirliyi"nə rəhbərlik edirdi.