“Trabzonspor” mükafatlandırma mərasimində iştirak etmədi
15.05.2025 - 00:41
Türkiyə Kubokunun final matçında "Qalatasaray" "Trabzonspor"u 3:0 hesabı ilə məğlub edərək çempion olub.
Apasport.az xəbər verir ki, oyundan sonra mükafatlandırma mərasimində maraqlı anlar yaşanıb.
Belə ki, “Qalatasaray” azarkeşləri Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu kubok mərasimi üçün meydana çıxdığı zaman etiraz ediblər.
Azarkeşlər TFF prezidentini fitə basaraq narazılıqlarını bildiriblər.
“Trabzonspor” komandası da öz növbəsində Türkiyə Futbol Federasiyasına etiraz olaraq Türkiyə Kubokunun mükafatlandırma mərasimində iştirak etməyib.
- A Seriyasında ən yaxşı məşqçi bəlli olub
- “Qarabağ” Medinanın əvəzləyicisini tapdı - ELƏ PREMYER LİQADANDIR
- Qanalı futbolçu üçün 100 milyon avro – Ronaldo ilə komanda yoldaşı ola bilər
- Sabiq “Fənər”lidən fantastik qol: 9 il sonra çempion oldu - VİDEO
- Karateçimiz dünya çempionatında bürünc medal qazanıb
0
0