İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Yunayted"də ayrılıq yaşanıb.
Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar"ın üzvü Viktor Lindelöf komandanı tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə uzadılmayıb və futbolçu azad agent kimi komandadan ayrılıb.
Qeyd edək ki, İsveç millisinin üzvü Lindelöf 2017-ci ildə “Benfika” klubundan 35 milyon avroya “Mançester Yunayted”ə transfer olunmuşdu.
O, “Yunayted”in heyətində ümumilikdə 284 rəsmi oyunda meydana çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Neftçi" Qarabağ zəfərinə həsr edilmiş səfər formasını təqdim edib - FOTO
- Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”
- “Neftçi” dayanmır: Abubakardan sonra o da komandaya gəlir
- “Karvan”dan növbəti transfer - RƏSMİ
- Rəcəb Tayyib Ərdoğan "Qalatasaray"ı təbrik edib - FOTO